Giorgi Qaxaria Xorvatiyada baş verən zəlzələ nəticəsində həlak olanların ailələrinə baş sağlığı verdi
Gürcüstanın baş naziri Giorgi Qaxaria Xorvatiyada baş verən zəlzələ nəticəsində həlak olanların ailələrinə baş sağlığı verdi.
“Xorvatiyada baş verən növbəti güclü zəlzələyə görə, dərin kədərimi bildirmək istəyirəm. Həlak olan və yaralananların ailələrinə və yaxınlarına baş sağlığı diləyirəm. Gürcüstan bu ağır günlərdə dost Xorvatiyanın yanındadır” deyilir baş nazirin “Tvitter”-də yaydığı baş sağlığı mətnində.