Giorgi Qaxaria - Çox yaxında Tbilisidən Batumiyə yeni maqistral ilə gediləcək
Çox yaxında Tbilisidən Batumiyə müasir maqistral vasitəsi ilə gediləcək, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria sürətli avtomaqistralın Capana-Lançxutinin, yeni 14 kilomtrlik hissəsinin açılışında verdi.
Baş nazirin dediyinə görə, qeyd olunan layihə ölkənin tranzit funksiyasının həyata keçirilməsi üçün önəmlidir.
“İlin sonuna qədər bu maqistralın yeni 70 kilometri açılacaq. Bu layihənin ən önəmli komponenti Rikotidə aparılan inşaat işləridir. Orda biraz çox vaxt lazım olacaq, ancaq inşaat işləri başa çatandan sonra, Tbilisidən Batumiyə müasir maqistral vasitəsi ilə, daha tez gediləcək” – dedi Giorgi Qaxaria.