Giorgi Qaxaria - Çətənənin kultivasiyası haqqında qanunlayihənin geri çəkilməsi ilə bu məsələ qapandı
Bu günki görüşdə bizim üçün əsas olan marixuananın istifadəsi ilə bağlı requlyasiyaların bir hissəsinin müzakirəsi idi, hansının ciddi nəticələri olacaq, – bu bəyanatı Daxili İşlər Naziri Giorgi Qaxaria Gürcüstanın katolikos-patriarxı İkinci İlia ilə görüşdən sonra verdi.
Qaxaria qeyd etdi ki, müzakirə çətənənin sadəcə tibbi məqsədlə kultivasiyası haqqında da aparıldı.
“Biz başdan da demişdik ki, əsas odur ki, bu məsələ ilə bağlı ictimai konsensunsa nail olunsun. Siyasi vəziyyət və seçkilər fonunda, bu konsensunsa nail olmaq mümkün deyil. Patriarxın da mövqeyini nəzərə alaraq, biz razı olduq ki, çətənənin becərilməsi haqqında qanunlayihə parlamentdən geri çəkilsin” – dedi Qaxaria.
Bu mövzu ilə bağlı artıq müzakirənin olub-olmayacağı haqqında, jurnalistlərin suallarına isə, Daxili İşlər Naziri cavab verdi ki, “Bəli, bu deməkdir ki, məsələ artıq qapandı”.
Marixuananın istifadəsi haqqında requlyasiyalara gəlincə isə, Qaxaria bəyan etdi ki, bu məsələnin prinsipal əhəmiyyəti var və onun müzakirəsi davam edir.