Giorgi Qaxaria - Əsas məsələ, öldürülən qəhramanızı layiqli şəkildə torpağa vermək idi, növbəti əsas məqsədimiz isə, istintaqdır

“Əsas məqsədimiz öldürülən qəhramanızı layiqli şəkildə torpağa vermək idi, növbəti əsas məsələmiz isə, istintaqdır”, – bu sözləri Gürcüstanın Daxili İşlər Naziri Giorgi Qaxaria Tsilkanidə, Arçil Tatunaşvilinin ailəsinə baş sağlığı verərkən dedi.

Daxili İşlər nazirinin dediyinə görə, bu mərhələdə bütün ekspertizaların nəticələri önəmlidir ki, istintaq daha fəal fazaya keçsin.

“Hazırda Samxarauli ekspertiza bürosunun nəticələrini gözləyirik və bunun üçün müəyyən vaxt lazımdır” – dedi Qaxaria.

“Bundan sonra iqtidar əlindən gələni edəcək ki, bu ailəyə gələcəkdədə dəstək verilsin” – dedi Nazir.

Arçil Tatunaşviliyi sabah Muxatqverdi qardaş məzarlığında dəfn edəcəklər.