Giorgi Qaxaria - İri şəhərlərdə qəbristanlıqların bağlanması lazım ola bilər

Ola bilsin ki, vəziyyətdən irəli gələrək, müəyyən müddətdə, iri şəhərlərdə qəbristanlıqları bağlamalı olaq, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria verdi.

Qaxarianın dediyinə görə, bu məsələ ilə bağlı qərar növbəti iki gün ərzində veriləcək.

“Başa düşürəm ki, bu çətin qərardır, ancaq, verilməsi gərəkə bilər. Qəbristanlıqlar munisipal obyektlərdir və onlara müəyyən müddətliyinə məhdudiyyətlər qoya bilərik.

Buna biz də təssüflənirik, ancaq hər cür kompromis böyük risk daşıya bilər” – dedi baş nazir.