Giorgi Qaxaria - Hər bir vətəndaş başa düşməlidir ki, səhiyyə sistemi necə təchizat, eləcədə insan resursları baxımından tükənməz deyil
Giorgi Qaxaria - Hər bir vətəndaş başa düşməlidir ki, səhiyyə sistemi necə təchizat, eləcədə insan resursları baxımından tükənməz deyil

“Lokal məhdudiyyətlər strategiyası davam edir, ancaq hər bir vətəndaş başa düşməlidir ki,  pandemiyanın bu ağır vəziyyətində səhiyyə sistemi necə təchizat, eləcədə insan resurslraı baxımından tükənməz deyil”, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bugünki hökümət iclasında verdi.

“Epidemioloji vəziyyətə gəlincə, bütün dünyada vəziyyətin ağırlaşmasına baxmayaraq, görünür ki, ikinci dalğanın ağırlığı yetərli qədər dəyərləndirilməmişdir.

Biz görürük ki, Avropada lokdaunların sayı, infeksiyalıların sayı ilə bərabər çoxalır. Güclü iqtisadi və səhiyyə sistemlərinə baxmayaraq, Avropa ölkələri infeksiyanın yoluxma sayının artması ilə baş edə bilmirlər.

Biz lokal və müəyyən məhdudiyyətlər strategiyasına davam edirik, ancaq hər bir vətəndaş anlamalıdır ki, səhiyyə sisteminin resursları da tükənməz deyil” – dedi baş nazir.

Baş nazirin dediyinə görə, vətəndaşlar əlindən gələni etməlidirlər ki, səhiyyə sisteminin yardımları və resursları ilk növbədə, buna ahəqiqətən ehtiyacı olan vətəndaşlar üçün istifadə edilsin.

“Hamı başa düşməlidir ki, evdə müalicə vətəndaşların səhiyyə sisteminə yardım əlidir.  Vətəndaşlar başa düşməlidirlər ki, ilk növbədə 24 saatlıq intensiv müalicəyə ehtiyyacı olan vətəndaşlara qayğı göstərilməlidir” – dedi Giorgi Qaxaria.