Giorgi Qaxaria - Gürcü əsgərindən hər birimiz üzr istəməliyik
Giorgi Qaxaria - Gürcü əsgərindən hər birimiz üzr istəməliyik

Gürcüstanın baş naziri Giorgi Qaxaria, Gürcüstan prezidenti Salome Zurabişvilinin gürcü əsgəri ilə bağlı dünənki bəyanatına səsləndi.

Qaxaria gürcü əsgərinin gücünü xüsusi ilə vurğuladı və qeyd etdi ki, gürcü əsgərinin özünü müdafiyə qabiliyyəti hər gün daha da artır.

“Bu gün Əfqanistanda, Bəhram aviabazasında baş verən terakt zamanı da, gürcü əsgəri teroristlərə qarşı mübarizədə öz artan effektivliyini yenə bir daha sübut etdi sübut etdi. Biz hər birimiz gürcü əsgərindən onun gücündə şübhə etdiyimiz üçün üzr istəməliyik. Əsgərlərimizin hər gün etdikləri qəhramanlıq qarşısında boyun əyirəm. Onlara can sağlığı və daha çox qələbə arzulayıram” – dedi baş nazir.

Xatırladaq ki, Gürcüstanın və Qafqazınöyrənilməsi üçün yaradılan elmi koordinasiya mərkəzinin açılışı ilə bağlı keçirilən tədbirdə, prezident Salome Zurabişvilinin verdiyi bəyanat ictimaiyyət tərəfindən tənqid edildi.

“Bizim nə əsgərimiz, nə silahımız yoxdur və olmayacaq da. Regionu bir gün içində fət etmək üçün böyük iqtisadi potensialımız da yoxdur ki, ancaq bizim ən güclü silahımız – biliyimiz, elmimiz, mədəniyyətimiz var” – dedi Salome Zurabişvili.

Bu gün isə, prezident administrasiyası bəyanat yaydı, hansında bildirildi ki, Salome Zurabişvilinin sözlərinə tamamilə yanlış interpretasiya verildi.