Giorgi Qaxaria - Görünür ki, bir müddət virusla bərabər yaşayamalı olacağıq və adaptasiyadan keçməliyik

Gürcüstanın baş naziri Giorgi Qaxarianın bəyanatına görə, bir müddət ərzində, koronavirusla bərabər yaşamalı olacağıq və vətəndaşlar adaptasiyadan keçməlidirlər.

Eyni zamanda, Giorgi Qaxaria iqtisadiyyatın açılmasına diqqət yetirdi.

“Görünür ki, bir müddət virusla bərabər yaşayamalı olacağıq və bu prosesə öyrəşib, adaptasiya olmalıyıq. Həyat dayanmamalıdır və iqtisadiyyat da bərpa olmalıdır. Hər birimiz elementar təhlükəsizlik qaydalarını qorumağı öyrənməliyik. Təəssüf ki, buna ölkəmizi və vətəndaşlarımızı qorumaq üçün məcburuq.

Hər kəs başa düşməlidir ki, bu proses minimum ilin sonuna qədər bizimlə ola bilər” – dedi baş nazir Batumidə, mehmanxanaların və turist şirkətlərinin nümayəndələri ilə görüş zamanı.