Giorgi Qaxaria Qoridə öldürülən uşağın ailəsinə baş sağlığı verdi
Giorgi Qaxaria Qoridə öldürülən uşağın ailəsinə baş sağlığı verdi

Gürcüstanın Daxili İşlər Naziri Giorgi Qaxaria Qoridə öldürülən uşağın ailəsinə baş sağlığı verdi.

Giorgi Qaxaria həmçinin, tez zamanda qatili tapdıqları üçün hüquqmühafizəçilərə də təşəkkür etdi.

 

“Bu çox böyük bi faciədir. İlk növbədə uşağın ailəsinə, sonra isə, bütün Qori rayonuna baş sağlığı diləyirəm. Hər birimiz üçün ağır günlərdir” – dedi Qaxaria.

Doqquz yaşlı qız uşağının cəsədini Liavxi dərəsində dünən gecə tapdılar. Ailəsi və polis onu bütün gün ərzində axtarırdılar.

 

Uşağı qətlə yetirməklə ittiham edilən 34 yaşlı Yaqı Nebieridze qətlin ertəsi sabah həbs edildi.

Həbs edilən şəxs daha öncə də 11 yaşlı uşağın itkin düşməsi məsələsi ilə bağlı 9 illil cəbs cəzası çəkib, azadlığa çıxmışdı.