Giorgi Qaxaria - Qardabanidə açılan İES-2 Gürcüstanın enerji təhlükəsizliyini təmin edəcək
Giorgi Qaxaria - Qardabanidə açılan İES-2 Gürcüstanın enerji təhlükəsizliyini təmin edəcək

Bizim əsas məqsədimiz – yeni iş yerləri, iqtisadi artımdır və bunlara nail olmaq üçün yeni enerji mənbəyi kritik dərəcədə önəmlidir, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria “Qardabani İES-2”-nin açılış mərasimində verdi.

Onun dediyinə görə, yeni İES Gürcüstanın energetika sistemi üçün çox vacibdir.

“2012-ci ilədn 2019-cu ilə qədər bizim enerji sistemimizə 1-dən 100 000-ə qədər meqavatlıq güvvə artdı və biz bu sahədə işimizə davam etməliyik, çünki iqtisami artımla bərabər ölkədə enerji tükətimi də artır və bizə yeni enerji mənbələri lazımdır, – dedi baş nazir.

Bu gün Qardabanidə yeni texnologiyalarla təchiz olunmuş İstilik Elektrik Stansiyası “Qardabani İES-2” açıldı.