Giorgi Qaxaria - Qadınlara qarşı zoralıqla mübarizə sadəcə qadınların işi deyil, hamımız birləşməliyik

Qadınlara qarşı zoralıqla mübarizə sadəcə qadınların işi deyil, bu mübarizədə hamımız birləşməliyik – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria öz “Facebook” səhifəsində yayıb.

Dövlət başçısının dediyinə görə, bu istiqamətdə çox iş görüldü, ancaq bu kifayət deyil və daha çox iş görülməlidir.

“Yaxşı qanunvericiliyimizə baxmayaraq, faktdır ki, qadınlara qarşı zorakılıq məsələsində vəziyyət ağırdır və daha sərt tədbirlər görülməlidir. Son iki ay ərzində səkkiz qadın öz ailə üzvü tərəfindən qətlə yetirildi.

Bu məsələdə medya və beynəlxalq partnyorlarımız birləşməliyik.

İlk növbədə, kişilərə müraciət edirəm, qadınlara qarşı zorakılıqla mübaerizəyə qoşulun.

Həmçinin, kabinetimin bütün üzvlərinə, ictimai xadimlərə, idmançılara, siyasətçilərə, medya nümayəndələrinə və digərlərinə müraciət edirəm, qadına qarşı zorakılıq faktlarını yüksək səslə qınayın!

İki günə 8 martdır və biz bu günü sadəcə simvolik olaraq, qeyd etməməliyik. Bu məsələyi prioritet etməliyik və qadına qarşı zorakılığı ictimai şəkildə pisləməliyik.

Qadınların hüquqlarının qorunması baxımından hər gün daha böyük tərəqqi görməliyik” – dedi baş nazir.