Giorgi Qaxaria - Epidemiyayı məğlub etmək, əhalinin sağlamlığının təhlükəsizliyini təmin etmək və iqtisadiyyatın tez zamanda bərpası əsas məsuliyyətli istiqamətlərdir

Gürcüstanın baş naziri Giorgi Qaxarianın bəyanatına görə,  bugün üç əsas məsuliyyət zonaları mövcuddur.

Onun dediyinə görə, bunlar: epidemiyanın məğlub edilməsi, əhalinin sosiyal müdafiyəsinin təmin edilməsi və iqtisadiyyatın tez zamanda bərpa edilməsidir.

Baş nazirin açıqlamasına görə, koronavirusa qarşı mübarizə müəyyən mərhələlərə bölünür.

“Epidemiyayı məğlub etmək, əhalinin sağlamlığının təhlükəsizliyini təmin etmək və iqtisadiyyatın tez zamanda bərpası əsas məsuliyyətli istiqamətlərdir. Beynəlxalq partnyorlarımızla maliyyə resursları və  həmçinin, əhalinin sosiyal yardımı ilə bağlı müəyyən işlərimiz oldu və nəticələri təqdimat şəklində təqdim edəcəyik” – dedi baş nazir.