Giorgi Qaxaria - Əminəm ki, ölkədə qrip vaksinasının defisiti olmayacaq, panika üçün əsas yoxdur
Giorgi Qaxaria - Əminəm ki, ölkədə qrip vaksinasının defisiti olmayacaq, panika üçün əsas yoxdur

Gürcüsatnın baş naziri Giorgi Qaxaria iqtidar administrasiyasında keçirilən brifinqdə qrip vaksinası ilə bağlı danışdı.

Baş nazirin bəyanatına görə, o əmindir ki, ölkədə qrip vaksinasının defisiti olmayacaq.

“Qrip vaksinasına gəincə isə, təəssüf ki, bəlli səbəblərdən dolayı, – tələbin böyük olduğu üçün, qlobal olaraq, vaksinanın olduqca böyük defisiti olacaq, ancaq, demək istəyirəm ki, Gürcüstanın müvafiq idarələri vaksinayı keçən ilki həcmdən daha çox alıblar. Məhdud sayda vaksinanın növbəti həftədən, mərhələ şəklində verilməsi mümükün olacaq. Əminəm ki, ölkədə qrip vaksinasının defisiti olmayacaq. Sadəcə olaraq, buna mərhələ şəklində yanaşmaq lazımdır.

Panikanın başlaması üçün əsas yoxdur. Qrip mövsumu hələ başlamayıb. Qrip mövsumu Gürcüstanda noyabrın ikinci yarısından başlayacaq və ona qədər kifayət qədər vaxt var ki, özəl sektora da yardım edək və dövlət öhdəliklərini də yerinə yetirək. Koronavirus ilk mərhələdə bütün dünya üçün naməlum fenomen idi. Bu naməlum virus adi qrip virusu ilə eyni zamanda baş verəndə, hansı nəticənin olacağı məlum deyil.

Əlbəttə ki, biz sığortalanmışıq. Özəl sektora da yardım edəcəyik, ancaq, onların öz öhdəlikləri var. Onlar da öz növbəsində vaksinayı almağa davam edəcəklər.

Onlara da yardım edəcəyik və Gürcüstanda vaksina defisiti olmayacaq” – dedi Giorgi Qaxaria.