Giorgi Qaxaria - Ehtimal edildiyi kimi, faktiki olaraq, koronavirusun ikinci dalğası başladı, ancaq panika üçün əsas yoxdur, vəziyyət nəzarət altındadır
Giorgi Qaxaria - Ehtimal edildiyi kimi, faktiki olaraq, koronavirusun ikinci dalğası başladı, ancaq panika üçün əsas yoxdur, vəziyyət nəzarət altındadır

“Son günlərdə koronavirus hallarının kəskin artması müşahidə olunur, dünən 44 hal var idisə, bugün halların sayı 57-dir. Bu da onu göstərir ki, ölkədə epidemioloji vəziyyət yavaş-yavaş dəyişirilir” – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bugünki hökümət iclasında verdi.

O xüsusi ilə vurğuladı ki, ölkədə vəziyyət nəzarət altındadır.

Qaxarianın dediyinə görə, virusla mübarizədə iqtidarın strategiyasının həyata keçirilməsi üçün ölkədə müəyyən məhdudiyyətlər qoyulmalı olacaq.

“Epidemiyanın başladığı ilk günlərdə səhiyyə sitemimiz gündə təqribən 150 PCR test keçirirdi, bugünki vəziyyətlə isə, 6-7 min PCR testi keçirilə bilər. Vəziyyət tamamilə nəzarət altındadır və panika üçün əsas yoxdur” – dedi baş nazir.