Giorgi Qaxaria - Düşünürük ki, müəyyən turist zonalarını "Covid -19"-dan təmiz olan zonalar elan edək
Gürcüstanın baş naziri Giorgi Qaxarianın bəyanatına görə, Gürcüstan iqtidarı ayrı bir məsələyi müzakirə edir, hansı ki, müəyyən turist zonalarının “Covid -19”-dan təmiz zonalar kimi elan edilməsini nəzərdə tutur.
Baş nazirin dediyinə görə, bu zonalar Sairme, Tsğaltubo və Qudauri ola bilər.
“Belə bir zona kimi elan edilmək üçün Batumi biraz böyük şəhərdir, ancaq Acarıstanın müəyyən hissələrini koronavirusdan təmiz zona kimi elan etmək olar.
Batumi ilə bağlı da müzakirə aparılır” – dedi baş nazir.