Giorgi Qaxaria - Daxili Turizmin açılması doğru qərardır, ancaq hər birimiz ehtiyyatlı olmalıyıq
Giorgi Qaxaria - Daxili Turizmin açılması doğru qərardır, ancaq hər birimiz ehtiyyatlı olmalıyıq

Gürcüstanın baş naziri Giorgi Qaxaria bugünki hökümət iclasında digər məsələlərlə bərabər, iyunun 15-dən açılan daxili turizm haqqında danışdı.

Onun dediyinə görə, bu doğru qərardır və vətəndaşlara ölkə daxilində gəzmək üçün imkan yaradır.

“Daxili turizmin bərpası ümumiyyətlə turizmin daha tez zamanda bərpası üçün də imkan yaradır.

Məlum olduğu kimi, hələ Avropada belə, daxili səyahətlə və yaxud üçüncü  ölkələrdən turist axınının qarşısının necə alınması ilə bağlı son qərar verilməyib. Biz Avropanın qərarını gözləyirik və daha sonra yaşıl zonalar haqqında iki tərəfli razılaşmalar mərhələ şəklində qüvvəyə minəcək” – dedi Giorgi Qaxaria.