Giorgi Qaxaria - Daxili İşlər Nazirliyi və polis konkret tapşırıq aldılar ki, Zuqdididəki xüsusi əməliyyat zamanı bir damla qan tökülməməli idi və onlar bu tapşırığı layiqi ilə yerinə yetirdilər
Giorgi Qaxaria - Daxili İşlər Nazirliyi və polis konkret tapşırıq aldılar ki, Zuqdididəki xüsusi əməliyyat zamanı bir damla qan tökülməməli idi və onlar bu tapşırığı layiqi ilə yerinə yetirdilər

Daxili İşlər Nazirliyi və polis konkret tapşırıq aldılar ki, Zuqdididə xüsusi əməliyyat zamanı bir damla qan tökülməməli idi və onlar bu tapşırığı layiqi ilə yerinə yetirdilər – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria Zuqdididə keçirilən xüsusi əməliyyatı şərhləndirərkən verib.

Giorgi Qaxaria bəyan etdi ki, seçki kontekstindən irəli gələrək, bəzi televiziya və siyasətçilər, baş verən bütün prosesləri konvertləşdirib, siyasi məqsədləri üçün istifadə edirlər və bu amoraldır.

“Polis və əsgər, Gürcüstanın və ümumiyyətlə, bütün dövlətlərin stabil və sakit gələcəyinin təmin edən qüvvədir və üzərində durduğu bir fundamentdir. Polisimiz və əsgərlərimiz ölkədəki stabilliyi, hər birimizin və uşaqlarımızın təhlükəsizliyini qoruyurlar.

Gürcüstanda hər gün soyğun olur deyənlər, yalan deyirlər. Bəzi televiziyalar və siyasətçilər baş verən bütün prosesləri konvertləşdirirlər və bu amoraldır.  Daxili İşlər Nazirliyi və polis konkret tapşırıq aldılar ki, Zuqdididə xüsusi əməliyyat zamanı qan tökülməməli idi və onlar bu tapşırığı layiqi ilə yerinə yetirdilər” – dedi Giorgi Qaxaria.