Giorgi Qaxaria - Dahi bəstəkar Gia Kançelinin musiqisi sadəcə Gürcüstanın deyil, bütün dünyanın xəzinəsi oldu
Gürcüstanın baş naziri Giorgi Qaxaria bəstəkar Gia Kançelinin vəfatı ilə bağlı kədərləndiyini bildirib.
“Məşhur gürcü bəstəkarı Gia Kançelinin vəfatı ilə bağlı kədərləndiyimi bildirirəm.
Dahi yaradıcının musiqisi sadəcə Gürcüstan üçün deyil, bütün dünyanın xəzinəsi olaraq qalacaq.
Gia Kançelinin ailəsi və yaxınlarına və həmçinin, bütün Gürcüstana baş sağlığı diləyirəm” – deyilir baş nazirin baş sağlığında.