Giorgi Qaxaria - Bütün məhdudiyyətlər sərt şəkildə yerinə yetirilməsə, bu məhdudiyyətlər aylar ərzində davam edə bilər

Mövcud olan məhdudiyyətlərin, növbəti iki-üç həftə ərzində yerinə yetirilməsi kritik dərəcədə ona görə, önəmlidir ki, mayın sonlarında həmin məhdudiyyətləri yavaş-yavaş aradan qaldıra bilək, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bu gün keçirdiyi fövqəladə brifinq də verdi.

Giorgi Qaxarianın dediyinə görə, məhdudiyyətlərin yerinə yetirilmədiyi təqdirdə, onların aylar ərzində qüvvədə qalması ehtimalı mövcuddur.

“Hər birimiz başa düşməliyik ki, müvəqqəti olaraq, bu virusla yaşamağı öyrənməliyik. Çünki bu, tez zamanda, iqtisadi dirçəlişimizin yeganə yoludur” – dedi Giorgi Qaxaria.