Giorgi Qaxaria - Bütün dünya pandemiyanın ikinci dalğasına hazırlaşır, payıza qədər hər bir aydan istifadə etməliyik və makimal şəkildə hazır olmalıyıq

Gürcüstanın baş naziri Giorgi Qaxaria idarələrarası koordinasiya şurasının rəhbərlərinə apardıqları işlər üçün təşəkkür edir.

Baş nazirin qeyd etdiyinə görə, dünya pandemiyanın ikinci dalğasına hazırlaşır.

“Bütün dünya koronavirus pandemiyasının ikinci dalğasına hazırlaşır, payıza qədər hər bir aydan istifadə etməliyik və makimal şəkildə hazır olmalıyıq. Biz çox ciddi mübarizə apardıq, ancaq hələ heçnə başa çatmayıb. Bizim üçün dəyişən bir şey də yoxdur, sadəcə olaraq, mövcud olan proseslərə iqtisadiyyatla bağlı qayğılar və siyasi proseslərə və seçkilərə hazırlıq əlavə olunur ” – dedi baş nazir.

Onun dediyinə görə, koordinasiya şurası eyni formatda işləməyə davam edəcək.