Giorgi qaxaria - Bizi olduqca toksik dörd gün gözləyir, tərəfdarlarımıza müraciət edirəm, sakit şəkildə, yüksək standartları qoruyaraq, gəlib, səsimizi verək

Son iki ay ərzində çox sayda görüşlər keçirdim. Mənə tədqiqatlar lazım deyil. “Gürcü Arzusuna” olan dəstəyin çox olduğunu hər yerdə hiss etdim və bizə olan dəstək seçkilərdə də təsdiqlənəcək, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria verdi.

“Bunu opponentlərimiz də görürlər və ona görə, səs-küyə, isterikalara düşüblər və təəssüf ki, növbəti dörd gün bu isterikalarda yaşamalıyıq.

Bizi olduqca toksik dörd gün gözləyir.

Dəstəkçilrimizə yenə bir dəfə müraciət edirəm, sakitcə, yüksək standartların qorunması ilə, gəlib, seçkilərdə öz fikirlərini bildirsinlər.

Əminəm ki, bu sadəcə “Gürcü Arzusunun” deyil, bütün Gürcüstanın qələbəsi olacaq, çünki bu qələbə gürcü demokratiyasının irəli atdığı yeni bir addım olacaq” – dedi Giorgi Qaxaria.