Giorgi Qaxaria - Biz həkimlərə, sərhədçilərə və gömrükçülərə təşəkkür etməliyik
Dünya Səhiyyə Təşkilatı Gürcüstan iqtidarının virusla mübarizə metodlarını effektiv və yüksək səviyyəli kimi dəyərləndirdi, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxara hökümət iclasında verdi.
Onun dediyinə görə, bu sadəcə boş sözlər deyil və Gürcüstanın virusla mübarizədə əldə etdiyi müsbət nəticədir.
Giorgi Qaxaria həkimlərə, sərhədçilərə və gömrükçülərə təşəkkür etdi.
“Bu qlobal təhlükəyi sonuna qədər məğlub edənə qədər, intensiv olaraq işləyən həkimlərə, sərhədçilərə və gömrükçülərə təşəkkür etmək borcumuzdur” – dedi baş nazir.