Giorgi Qaxaria - Bəzi məsuliyyətsiz siyasətçilər epidemiyadan da siyasi maraqları üçün istifadə edirlər, onları daha böyük məsuliyyətə çağırıram və deyirəm ki, vətəndaşlarımıza bərabər qayğı göstərək

Gürcüstanın baş naziri Giorgi Qaxarianın bəyanatına görə, necə dünyada, eləcədə Gürcüstanda epidemioloji vəziyyət ağırlaşır və infeksiya halları artır.

Qaxarianın dediyinə görə, bu çətin dövrdə, Gürcüstan seçki qabağı prosesindədir.

Baş nazirin dediyinə görə, təəssüf ki, bəzi siyasətçilər qlobal pandemiyadan da siyasi maraqları üçün istifadə etməyə çalışırlar.

Dövlət başçısı bütün siyasi subyektləri daha böyük məsuliyyətə çağırır.

“Dünyada epidemioloji vəziyyət ağırlaşır. Bu xüsusi ilə də Avropada bəllidir. Ölkəmizdə infeksiyaya yoluxma halları artır və eyni zamanda, seçki qabağı dövründəyik. Bir neçə günə seçkilərimiz var.

Təəsssüf ki, bəzi məsuliyyətsiz siyasi qüvvə qlobal pandemiyadan öz maraqları üçün istifadə etməyə çalışır. Bütün siyasətçiləri daha böyük məsuliyyətə çağırırıam, gəlin vətəndaşlarımıza bərabər qayğı göstərək. Qaydaları qoruyaq və tibbi maska taxaq” – dedi baş nazir.