Giorgi Qaxaria bəyan edir ki, fövqəladə vəziyyət zamanı istisnalar üçün əhali - 144-ə zəng etməlidir
Fövqəladə vəziyyətin sərtləşdirilməsinə baxmayaraq, müəyyən istisnalara icazə verilə bilər, ancaq bunun üçün əhali 144 nömrəsinə zəng etməlidir, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bu günki fövqəladə brifinqdə verdi.
Baş nazirin bəyanatına görə, Gürcüstan iqtidarı ölkə miqyasında fövqəladə vəziyyətin mayın 10-na qədər uzadılması ilə bağlı prezidentə müraciət etdi.
Onun dediyinə görə, fövqəladə vəziyyət və komendant saatı qaydalarının pozulması ilə bağlı cərimələr artmayacaq.
Sərtləşdirilmə sadəcə fövqəladə vəziyyət müddətinə aiddir.
Qeyd olunan müddətdə, ölkənin iri şəhərlərinə giriş-çıxış bağlanacaq.