Giorgi Qaxaria ABŞ və Avropa İttifaqı səfirlərindən Zaza Qaxeladzenin və işğalçı rejim tərəfindən həbs edilən digər vətəndaşların azad olunmasında dəstək istədi
Gürcüstanın baş naziri Giorgi Qaxaria işğal edilən Sxinvalidə qeyri-qanuni həbsdə olan Gürcüstan vətəndaşı Zaza Qaxeladzenin həbs müddətinin uzadılması ilə bağlı strateji partnoyrlarla – ABŞ və Avropa İttifaqının səfirləri Keli Deqnan və Karl Hartsel ilə görüş keçirdi.
Giorgi Qaxaria ABŞ və Avropa İttifaqı səfirlərindən Zaza Qaxeladzenin və işğalçı rejim tərəfindən həbs edilən digər vətəndaşların azad olunmasında dəstək istədi.
Görüş zamanı əsas diqqət beynəlxalq səviyyədə diplomatik və hüquqi imkanlardan istifadə etmə əhəmiyyətinə yetirildi.
Diplomatlar baş verən hadisələrlə bağlı narahatçılıqlarını bildirdilər və Zaza Qaxeladzenin dərhal azad edilməsinin vacibliyini xüsusi ilə vurğuladılar.