Giorgi Baramidze Aleko Elisaşviliyə müraciət edir - Dinc mübarizə prosesində, balaca və iri partiyaların liderləri də, müxalifətin əsas lideri olan prezident Mixeil Saakaşvili də olmalıdır

“Vahid Milli Hərəkatın” nümayəndəsi Giorgi Baramidze “Vətəndaş” partiyasının lideri Aleko Elisaşvilinin “Saakaşvili gəlib burayı qarışdırmasın” bəyanatına cavab verdi.

“Aleko əgər sən şər gəzmirsən və müxalifətin birliyini pozmağa çalışmırsansa, bu axmaqlığı necə dedin?

Mixeil Saakaşvili “Milli Hərəkatın” lideridir və onun başçılıq etdiyi partiya minlərlə soydaşımızın səsini yığdı. O səs verənlər, indi bu soyuqda küçədə durub, səslərini qorumağa çalışırlar.

İvanişvilinin uzurpator rejiminə qarşı mübarizədə kimin hansı partiyadan olması ön planda olmamalıdır.

Bu fonda Mixeil Saakaşviliyə və faktiki olaraq, onun minlərlə dəstəkçisinə qarşı atılmaq hansı məqsədə xidmət edir? Bunu dediyinə inana bilmirəm.

Mən yenə də yumuşaq deməyə çalışacam.

Əgər bu psrinsipal mübarizədə səni kimi kiçik partiyaların liderlərinin iştirak etməyə haqqı varsa, o zaman müxalifətin əsas qüvvəsi olan Mixeil Saakaşvilini iştirak etməyə 100 dəfə daha çox haqqı var.

Əgər birlikdirsə, birlik olsun!

Xalqın ürəyini qırıb, İvanişvilinin pul üzərində dönən sisteminə su sərpməyin.

Dinc mübarizə prosesində, balaca və iri partiyaların liderləri də, sən də, müxalifətin əsas lideri olan prezident Mixeil Saakaşvili də olmalıdır.

Güc birlikdədir! – yazır Gia Baramidze öz Facebook səhifəsində.