Qiorqi Baçiaşvili - Son üç həftədir məni qara şüşəli, daim dəyişən altı-yeddi avtomobil izləyir
Qiorqi Baçiaşvili - Son üç həftədir məni qara şüşəli, daim dəyişən altı-yeddi avtomobil izləyir

Külli miqdarda kriptovalyutanın qanunsuz mənimsənilməsi və qeyri-qanuni gəlirlərin leqallaşdırılması işi üzrə təqsirləndirilən Ortaq Sərmayələr Fondunun keçmiş rəhbəri Qiorqi Baçiaşvili üç həftədir izlənildiyini bildirib.

Məhkəmə iclasında Baçiaşvilinin dediyinə əsasən, “qara şüşəli avtomobillər onu izləyirlər”.

“Son 2-3 həftədir məni qara şüşəli, daim dəyişən altı-yeddi avtomobil izləyir. Bilmirəm qanuni və ya qanunsuzdur, bu barədə heç bir mühakimə etməmişəm. Məni qara şüşəli avtomobillər izləyir. Polislərin kim olduğunu bilmirəm. Sadəcə qeyd etmək istəyirəm ki, üç həftədir ki, eyni avtomobillər məni izləyir”, – deyə Baçiaşvili bildirib.

Təqsirləndirilən şəxsin qeyd etdiyi kimi, ilk ifadə verməyə çağırılanda o, protokolu oxumayıb.

Eyni zamanda, prokurorluq iclasda vəsatət qaldırıb və təqsirləndirilən şəxsə yönəlik üç milyon lari girov qərarı verilməsini istəyib.

Gürcüstanın Baş Prokurorluğu Ortaq Sərmayələr Fondunun keçmiş rəhbəri Qiorqi Baçiaşviliyə qarşı külli miqdarda kriptovalyutanın qanunsuz mənimsənilməsi və qeyri-qanuni gəlirlərin leqallaşdırılması faktı üzrə cinayət təqibinə başlayıb.