Qiorqi Baçiaşvili - Mən günahkar deyiləm, heç vaxt cinayət törətməmişəm, ona görə də niyə bu prosesdə olduğum aydın deyil
Ortaq Sərmayə Fondunun keçmiş rəhbəri Qiorqi Baçiaşvili barəsində irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib.
Baçiaşvilinin sözlərinə görə, əgər məhkəmə onun sərhədi keçməsinə icazə verməsə, bu, onun biznesinə böyük zərbə vuracaq.
“Mən günahkar deyiləm. Mən heç vaxt cinayət törətməmişəm. Ona görə də niyə bu prosesdə olduğum aydın deyil. Bir nəfər nəsə baş verdiyini iddia edir. Kriptovalyutaya gəlincə, bu, mənim 10 ildən artıqdır ki, məşğul olduğum normal bir işdir. Bunu necə cinayət hesab etmək olar, anlamıram. Sərhədi keçməyə qadağa qoyulması mənim işimə çox zərər verəcək”- Qiorqi Baçiaşvili bildirib.
Gürcüstanın Baş Prokurorluğu Ortaq Sərmayə Fondunun keçmiş rəhbəri Qiorqi Baçiaşviliyə qarşı külli miqdarda kriptovalyutanın qanunsuz mənimsənilməsi və qeyri-qanuni gəlirlərin leqallaşdırılması faktı üzrə cinayət təqibinə başlayıb. Prokurorluq təqsirləndirilən Qiorqi Baçiaşvili üçün üç milyon lari girov tələb edir.