Gigi Uqulava - Yerli əhalinin istəmədiyi HES inşaat edilə bilməz
Gigi Uqulava - Yerli əhalinin istəmədiyi HES inşaat edilə bilməz

Mənim fikrimcə, vəziyyətdən irəli gələrək, “NamaxvanHES” tikilə bilməyəcək.

Bir tərəfdən salamlanması gərəkən layihə, hazırki iqtidarın səhvlərinə, korrupsiyaya və acgözlüyünə görə, həyata keçirilə bilməyəcək, – bu haqda bəyanatı “Avropa Gürcüstanının” sabiq üzvü Gigi Uqulava verdi.

Onun dediyinə görə, tərəflər dialoq yolu ilə razılaşmalıdırlar.

“Bu kiçik bir bina deyil, orada yaşayan bütün əhalinin qarşı çıxdığı HES tikilə bilməz. Burada özəl sahibkar var, hansının haqqları tam şəkildə qorunur. O insanlar orada əsrlərdir yaşayırlar və onlara böuük kompensasiyalar vəd etmək və yaxud polislə və xüsusi təyinatlılarla qoylamaq yerinə, ortaq dil tapmaq lazımdır. Bu çox önəmlidir”, – dedi Gigi Uqulava.