Gigi Uqulava - Partiyadan çıxdım, çünki Giqa Bokeria ilə bir patiyada olmaq artıq imkansız oldu
Bu gün “Avropa Gürcüstanının” iclasında iştirak etməyəcəm, çünki partiyadan çıxdım, – bu bəyanatı Gigi Uqulava sosiyal şəbəkədən yayır.
“Liderlik zamanı gəlincə öz qərarınla getməkdir, kiminsə gəlib, səni qovmağı gəzləmək deyil. Seçkilərdəki düşük nəticələrimiz göstərdi ki, partiyamızın ciddi dəyişikliklərə ehtiyyacı var. Təəssüf ki, partiyanın seçdiyi yol onu irəliyə deyil, geriya doğru aparır. Giqa Bokerianın məsuliyyət dediyi, mənim üçün gözəl sözlərlə bəzədilmiş bir məsuliyyətsizlikdir. Onunla bu partiyada olmaq artıq imkansızdır, ancaq yenədə partiyaya müvəffəqiyyətlər arzulayıram”, – dedi Giqi Uqulava.
Gigi Uqulava siyasi fəaliyyətə partiyasız davam edəcəyini bildirdi.