Gigi Uqulava - Noyabrın 17-18-də fərqli formatlı aksiya planlaşdırılır, Pompeoyu təntənə ilə qarşılayacağıq

Noyabrın 17-18-də fərqli formatlı aksiya planlaşdırılır, bu həm seçkilərin saxtalaşdırılmasına etiraz aksiyası olacaq, həm də, cənab Pompeoyu təntənə ilə qarşılayacağıq, – bu bəyanatı “Avropa Gürcüstanı”-nın liderlərindən biri olan Gigi Uqulava verdi.

Gigi Uqulava qeyd etdi ki, bu fərqli aksiya olacaq. Orada siyasi çıxışlar olmayacaq və covid-19 təhlükəsizlik tədbirlərini pozmayan lokasiyalar seçiləcək.

“Stikerlər yapışdırılacaq və sosiyal məsafə qorunacaq. Vətəndaşlar sadəcə toplaşıb bir sözü: “Saxtalaşdırılıbdır” deyəcəklər. Başqa siyasi çıxışlar olmayacaq, bu sükut aksiyası olacaq.

Bu aksiya kimsə ilə görüş tələb etməklə bağlı deyil. Sadəcə olaraq, bütün dünya öyrənməlidir ki, Gürcüstanda parlament seçkiləri saxtalaşdırılıb” – dedi Gigi Uqulava.