Gigi Uqulava - Xanım İrma İnaşvilidən tək xahişim var, özləri o parlamentə girməsinlər, digərləri isə, nə istəyirlər onu danışsınlar
Xanım İrma İnaşvilidən tək xahişim var, özləri o parlamentə girməsinlər, digərləri isə, nə istəyirlər onu danışsınlar, – bu bəyanatı “Avropa Gürcüstanın” lideri Gigi Uqulava “Vətənpərvərlər alyansının” lideri İrma İnaşvilinin bəyanatına cavab olaraq, verdi, hansında İrma İnaşvili deyib ki, müxalifətin iqtidara təqdim etdikləri təklifdəki maddələrdən birini iqtidarla razılaşma kimi görür.
“Leyborist partiyasının” ofisindəki görüş ilə bağlı Gigi Uqulava qeyd etdi ki, onlar requlyar olaraq yığılıb, prosesləri və əldə edilən tərəqqiləri müzakirə edirlər.
“Məlum olduğu kimi fasilitator səfirlərlə formal olaraq, baryeri keçən partiyalar görüşürlər, ancaq seçkilərin yenidən keçirlməsini tələb edən partiyaların sayı daha çoxdur. “Leyborist partiyasının” ofisində isə, məlumat təzələyib, prosesləri müzakirə edirik” – dedi Gigi Uqulava.
Uqulavanın dediyinə görə, müxalifət tərəfindən dünən səfirlərlə keçirilən görüşdə təqdim edilən sənəd müxalifətin hər zaman səsləndirdiyi tələbləri əks etdirir.
“İctimaiyyət üçün məlum olduğu kimi, fasilitator səfirlərinin xahişidir ki, yazılı şəkildə təqdim etdiyimiz təkliflər bir neçə gün ictimailəşdirilməsin. Ona görə də, biz bu xahişi yerinə yetiririk. Tələblərimizi ona görə, yazılı şəkildə təqdim etdik ki, “Gürcü Arzusundan”-da cavabı eyni şəkildə tələb edirik” – dedi Gigi Uqulava.