Gigi Uqulava - "Gürcü Arzusu" ilə sadəcə yenidən seçkilərin keçirilməsi və siyasi məhbusların azad edilməsi barədə danışa bilərik
“Giorgi Qaxaria şantajla və təhdidlə dialoqa çağırması ilə bağlı Bidzina İvanişvili ilə danışsın”, – bu bəyanatı “Avropa Gürcüstanının liderlərindən biri Gigi Uqulava baş nazirin bəyanatını şərhləndirərkən verdi.
Giorgi Qaxaria dünən bəyan etmişdi ki, Gürcüstan vətəndaşları tərəfindən 9 partiya üçün mandat ona görə verildi, onlar 24 saat ərzində, ölkənin krizisdən çıxardılması üçün işləsinlər, küçə aksiyaları keçirmələri üçün deyil.
Uqulavanın bəyanatına görə, o “Gürcü Arzusu” ilə sadəcə yenidən seçkilərin keçirilməsi və siyasi məhbusların azad edilməsi barədə danışa bilər.
“Giorgi Qaxaria şantajla və təhdidlə dialoqla bağlı, qarşısında qorxudan dizlərinin əsdiyi Bidzina İvanişvili ilə danışsın, biz isə, onlarla sadəcə yenidən seçkilərin keçirilməsi ilə bağlı danışa bilərik. Saxtakarlarla, şulerlərlə və düzənbazlarla başqa nə haqda danışa bilərik” – dedi Gigi Uqulava.