Gigi Uqulava - Etiraz aksiyaları ilə bağlı sabah toplanıb, sonra da qərarımızı ictimaiyyətə bildirəcəyik
“Heç bir müxalifət namizədi və müxalifət partiyası saxtalaşdırılmış seçkilərdə iştirak etmir. İkinci tura çıxan namizədlər bülletinlərdə olacaqlar, ancaq, birqə siyasi qərarımız əsasında, biz seçkilərin ikinci turunda iştirak etmirik”- dedi “Avropa Gürcüstanının” liderlərindən biri olan Gigi Uqulava.
Onun dediyinə görə, etiraz aksiyaları ilə bağlı son plan haqqında sabah müzakirə ediləcək.
“Etiraz aksiyalarının davam etməsinə gəlincə isə, noyabrın 21-də müxtəlif variantlar müzakirə edəcəyik.
Sabah saat 12:00-da toplanıb, son qərarımızı və aksiyaların qrafikini ictimaiyyətə və medyaya bildirəcəyik.
Seçkilərin saxtalaşdırıldığını hesab edən vətəndaşlarımız yalançı seçkilərin ikinci turunda deyil, etiraz aksiyalarında iştirak etsinlər” – dedi Gigi Uqulava.