Gigi Uqulava - "Avropa Gürcüstanının" seçkilərdəki nəticələri çox pis idi və buna görə məsuliyyəti üzərimə götürürəm
Gigi Uqulava - "Avropa Gürcüstanının" seçkilərdəki nəticələri çox pis idi və buna görə məsuliyyəti üzərimə götürürəm

“Avropa Gürcüstanının” seçkilərdəki nəticələri çox pis idi və buna görə məsuliyyəti üzərimə götürürəm və yolu yeni insanlara verirəm, hansılar ki, bu işi məndən daha yaxşı görəcəklər, – bu bəyanatı “Avropa Gürcüstanının” sabiq baş katibi Gigi Uqulava, ofisdə keçirilən görüş sonrasındaki brifinqdə verdi.

Uqulava bəyan edir ki, partiyanın növbəti səs verməsində baş katib vəzifəsi üçün namizədliyini təqdim etməyəcək. Onun dediyinə görə, 2020-ci ilin parlament seçkilərində, “Avropa Gürcüstanının” əldə etdiyi nəticələr çox pis idi və buna görə, məsuliyyəti öz üzərinə götürür.

“Mən də Davit Bakradze kimi düşünürəm və namizədliyimi yenidən təqdim etməyəcəm. Düşünürəm ki, bu doğru və logik bir qərardır. Seçkilərin saxtalaşdırıldığına baxmayaraq, partiyamızın əldə etdiyi nəticə çox pis idi. Bunda mənim də günahım var, məsuliyyəti üzərimə götürürəm və yolumu bu işi məndən daha yaxşı görə biləəck insanlara verirəm” – dedi Gigi Uqulava.

Uqulava qeyd etdi ki, siyasətdə və partiyada qalır və müxalifətin birgə fəaliyyətində də iştirak etməyə davam edəcək.