Giqa Bokeria - Normal növbədən kənar seçkilər keçirilməsə, ölkənin və iqtidar nümayəndələrinin siyasi gələcəyi böyük risk altında qalır
“Avropa Gürcüstanın” liderlərindən biri olan Giqa Bokerianın bəyanatına görə, “Gürcü Arzusu” utanc verici bir maskarad hazırladı və öncə müxalifəti mandatlarını dayandırmaqla hədələdi, sonra isə, bu prosesi bir yenə həftəliyinə təxirə saldığını bəyan etdi.
Bokerianın dediyinə görə, müxalifıt deputatları öz ərizələri ilə mandatlarının ləğv olunmasını tələb etdilər, “Gürcü Arzusu” isə, mandatları ləğv etməyə məcburdur.
“Gah deyirlər ki, mandatınızı dayandırırıq, dərhal parlamentə gəlin, gah da bu prosesi uzadırlar. Bütün bunlar bir maskaraddır. Müxalift açıq şəkildə bəyan etdi ki, parlamentin legitimasiyasını düşünmür, çünki bunu xalq istəmir.
Əsas odur ki, İvanişvili bu utanc verici maskaradın içində olduğunu anlasın və yenidən seçkilər təyin edilsin. Normal növbədən kənar seçkilər keçirilməsə, ölkənin və iqtidar nümayəndələrinin siyasi gələcəyi böyük risk altında qalır” – dedi Giqa Bokeria.