Giqa Bokeria - DTX-nın audio yazısı fabrikasiya deyilsə, iqtidar tərəfindən müvafiq addımlar atılmalıdır
Müxalifətçi deputat Giqa Bokeria bəyan edir ki, əgər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən yayılan auido-yazı, hansında Malxaz Maçalikaşvili teraktın hazırlanmasını planlayır, avtentikdirsə və fabrikasiya deyilsə, iqtidar tərəfindən müvafiq tədbirlər görülməlidir.
Giqa Bokerianın dediyinə görə, hadisələrin belə inkişafı, Pankisi dərəsində, bir gəncin həlak olduğu xüsusi əməliyyat haqqında yaranan sullara cavab vermir.
“Mən audio-yazıyı əvvəlcədən şübhə altına almıram, sadəcə olaraq, deyirəm ki, mövcud olan siyasi fon ağırdır və əgər o audio-yazı gerçəkdirsə, iqtidar dərhal müvafiq tədbirlər görməlidir” – dedi Giqa Bokeria.
Xatıladaq ki, bugün Dövlət Təhlükəsizliyi Xidməti Malxaz Maçalikaşviliyi terakt hazırlamaqla ittiham etdi.
DTX Malxaz Maçalikaşvilinin qardaşı oğlu Moris Maçalikaşvili ilə bərabər teraktın hazırlanması ilə bağlı danışdığı audio-yazıyı yaydı.
Aparılan istintaq nəticəsində məlum oldu ki, Malxaz Maçalikaşvili terakt planlaşdırırdı.
Plana əsasən, teror aktı Dedoplistskaro rayonunun Zemo-Maçxaani kəndində törədilməli idi, harda Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinin sabiq birinci müavini İoseb Qoqaşvili və qohumları atasının məzarına gedəndə qətlə yetirilməli idilər.
İstintaqın bu mərhələsində məlum oldu ki, Malxaz Maçalikaşvili qardaşı oğlu Moris Maçalikaşvilidən tələb edirdi ki, bütün digər işlərini buraxsın və İoseb Qoqaşvilinin yaşadığı yeri, hərəkət etdiyi matşrutu və həmçinin, atasının məzarına nə zaman gedəcəyini öyrənsin.
DTX-nın bəyanatına görə, işlə bağlı istintaq davam edir.