Qida obyektlərində bugündən etibarən canlı musiqinin ifasına icazə veriləcək.
Müvafiq qərarı idarələrarası koordinasiya şurası kooronavirusa qarşı tətbiq olunan məhdudiyyətlərin yüngülləşdirilməsi çərçivəsində verdi.
Restoranların qapalı məkanlarında qonaqların qəbulu üçün icazə Batumidə martın 1-dən, bütün Gürcüstan miqyasında isə, martın səkkizindən verilmişdi, ancaq canlı musiqinin ifasına icazə verilməmişdi.
Həmçinin, koordinasiya şurası martın 28-də, Gürcüstan-İspaniya yığma komandalarının matçını izləmək üçün stadiona futbol pərəstişkarlarının 30 faizinin daxil olmasına icazə verəcək.