GGHA - Elene Xoştaria seçkidə müşahidəçi statusu ilə olub, dövlətin siyasi vəzifəli şəxsidir və bu da ona bu statusun verilməsini istisna edir. MSK-ya onun statusunun ləğvi üçün müraciət edəcəyik

 

Elene Xoştaria seçkidə müşahidəçi statusu ilə olub, dövlətin siyasi vəzifəli şəxsidir və bu da ona bu statusun verilməsini istisna edir. MSK-ya onun statusunun ləğvi üçün müraciət edəcəyik-bu barədə GGHA tərəfindən öz müşahidəçi missiyası çərçivəsində səsvermənin gedişatına dair saat 20:00-a olan dərc edilmiş məlumatda qeyd olunub.

Təşkilat GGHA-nın müşahidəçilərinin təqdim etdiyi məlumatlara istinadən , seçki məntəqələrinin bağlanması və səslərin hesablanması prosesinin başlanması, həmçinin səsvermə gününün ikinci yarısında seçki məntəqələri və onların perimetrlərində aşkar olunan tendensiyalar haqqında məlumat yayır.

“GGHA-nın müşahidəçiləri Elene Xoştarianın Qldanidəki 31-ci seçki məntəqəsində yerli müşahidəçi təşkilatı (“VPN Georgia”-nın) müşahidəçi statusu ilə olduğunu qeydə alıblar. O, dövlətin siyasi vəzifəli şəxsidir ki, bu da ona bu statusun verilməsini istisna edir. GGHA-sı bu fakta reaksiya vermək üçün və statusun ləğvi ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edəcək”, – deyə GGHA -dan bildiriblər.