Qəyyumlar Şurasının sədri İrina Putkaradze və şuranın üzvü Bela Osipova Litvanın səfiri ilə görüşüblər

İctimai Yayımçının Qəyyumlar Şurası diplomatik korpusun nümayəndələri ilə görüşləri davam etdirir. Qəyyumlar Şurasının sədri İrina Putkaradze və şuranın üzvü Bela Osipova Litvanın Gürcüstandakı səfiri Andrius Kalindra ilə görüşüblər.

Qəyyumlar Şurasının sədri İctimai Yayımçının fəaliyyəti haqqında səfirə məlumat verib, eləcə də qurumun gücləndirilməsi, gələcək əməkdaşlıq və dəstək haqqında danışıb.

“Səfirin, İctimai Yayımçının fəaliyyəti, İctimai Yayımçıdakı mövcud vəziyyət, uğurları və çağırışlar haqqında məlumat sahibi olması vacib idi. Qurumun gücləndirilməsi və İctimai Yayımçının mahiyyəti olaraq adlandırılan təməldən və onun necə olması , hazırda hansı mərhələləri keçdiyimizdən bəhs etdik. İctimai Yayımçının müstəqilliyindən, bu müstəqilliyi necə qoruyub saxlayacağımızdan, təbii olaraq, gələcək əməkdaşlıq və dəstəkdən danışdıq. Bu görüşdə toxunduğumuz əsas məsələlər bunlar idi” -deyə Qəyyumlar Şurasının sədri İrina Putkaradze bildirib.

Litvanın Gürcüstandakı səfiri Andrius Kalindra bütün ölkələrdə müstəqil yayımçının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, fərqindəlik ​​və dövlətçilik hissinin gücləndirilməsi vacibdir və ictimai yayımçının bu mövzuda xüsusi rolu var.

“Gürcüstan İctimai Yayımçısının Qəyyumlar Şurasının rəhbəri xanım Putkaradze ilə görüşmək üçün yaxşı fürsətim var idi. Hər bir ölkədə, hər bir cəmiyyətdə müstəqil yayımçının əhəmiyyətini vurğulamaq istəyirəm, çünki fərqindəlik ​​və dövlətçilik hissi gücləndirilməsi lazım olan şeydir. İstənilən ölkədə, məsələn Litva və Gürcüstanda, ictimai yayımçının bu mövzuda son dərəcə xüsusi rolu var. İctimai Yayımçının aktiv olmasını, iddialı olmasını arzulayıram. Bu enerji ölkə və əhalinin perspektivinə töhfə verməlidir, bu isə gələcəkdə Gürcüstanın dövlətçiliyini gücləndirəcək “-deyə Litvanın Gürcüstandakı səfiri Andrius Kalindra bildirib.

Bu gün Qəyyumlar Şurasının sədri İrina Putkaradze və şuranın üzvü Bela Osipova İsrail Dövlətinin Gürcüstandakı səfiri Ran Qidor ilə görüşüb.