"Georgian Airways" Əfqan Muxtarlının Gürcüstana transportizasiyasından imtina etmə səbəbini açıqlayır

“Georgian Airways” avia-şirkəti Əfqan Muxtarlının Gürcüstana transportizasiyasından imtina etmə səbəbini açıqlayır.

Avia-şirkət tərəfindən yayılan bəyanatda deyilir ki, Azərbaycan Gürcüstana maneəsiz şəkildə daxil olmaq imkanına sahib olan “yaşıl zona” ölkələri siyahısında yoxdur.

Məlum olduğu kimi, pandemiya şərtlərində, hərhansı avia-şirkət və həmçinin bizim şirkət, xüsusi requlyasiyalarla işləyir, hansı ki, Ümumdünya Səhiyyə Təşkilatı və dövlətlər tərəfindən müəyyən edilib.

Azərbaycan vətəndaşının Gürcüstana nəql edilməsi ilə bağlı ictimaiyyətdə yaranan suallara cavabımız növbətidir:

İctimaiyyət üçün məlumdur ki, Gürcüstanda xüsusi requlyasiyalar qüvvədədir, hansı ki, ölkəyə daxil ola bilən ölkələrin siyahısını müəyyənləşdirir. Azərbaycan isə, “yaşıl zona” ölkələri siyahısına daxil deyil.

Ona görə də, avia-şirkət Azərbaycan vətəndaşı olan Əfqan Müxtarlıya xidmət etməkdən imtina etdi” – deyilir bəyanatda.

Vəkil Arçil Çopikaşvilinin məlumatına görə, Almaniyada olan Azərbaycanlı jurnalist Əfqan Muxtarlı bugün Tbilisiyə gəlməyi planlayırdı, ancaq, o bildirir ki, “Gürcüstan Hava Yolları” və Gürcüstan Konsulluğunun nümayəndələri ona Gürcüstana gəlmək imkanını vermirlər.