Gənc "Leyboristlər" MSK-nın girişində oturub səssiz aksiya keçirirlər

“Leyborist partiyasının gənclər təşkilatı”-nın üzvləri Mərkəzi Seçki Komisiyasının girişində oturub səssiz aksiya keçirirlər.

Aksiya iştirakçıları bəyan edirlər ki, Mərkəzi Seçki Komisiyası bugün 18:00-dan infeksiyaya yoluxan və öz təcriddə olan vətəndaşların seçkilərdə iştirak etmək haqqını əlindən alır.

“Biz imkan verməyəcəyik ki, bu insanlar səs verə bilməsinlər. Gənclər olaraq, bunu qəbul etməyəcəyik. Real olaraq, bugün saat altıdan sonra koronavirusu təsdiqlənənlərin səs vermək haqqları əllərindən alınır.

Biz burada Tamar Jvania gəlib bizimlə görüşənə qədər oturacağıq” – dedi aksiya iştirakçısı Mamuka Cuğeli.