General Mark Milli - Çinin hərbi qüvvələri son beş ildə nəzərəçarpacaq dərəcədə aqressiv və təhlükəli olub
General Mark Milli - Çinin hərbi qüvvələri son beş ildə nəzərəçarpacaq dərəcədə aqressiv və təhlükəli olub

 
Çinin hərbi qüvvələri son beş ildə nəzərəçarpacaq dərəcədə aqressiv və təhlükəli olub-bu barədə ABŞ ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli bildirib.

Amerikalı general, Çinin Sakit okean regionunda təhlükəli hərəkətlərinin sayının xeyli artdığını bildirib.

“Bu, Çinin öz məqsədlərinə çatmağa çalışdığı bir sahədir. Bu narahatlıq doğurur, çünki Çin bunu təkcə xoş niyyətli səbəblərə görə etmir. Onlar bütün regionda öz təsirlərini genişləndirməyə çalışırlar və bunun regiondakı müttəfiqlərimiz və tərəfdaşlarımız üçün heç də əlverişli olmayan potensial nəticələri var”- deyə Mark Milli bildirib.

Amerikalı general İndoneziyada səfərdədir.