Gəlirlər Xidmətinin hərəkət edən xidmət mərkəzi 25-29 may tarixlərində vergi ödəyiciləri üçün 6 lokasiyada xidmət göstərəcək
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin hərəkət edən xidmət mərkəzi-
″Ar Es Car″ (RS CAR) 25-29 may tarixlərində ,vergi ödəyicilərinə 6 lokasiyada ,Gəlirlər Xidmətinin xidmət mərkəzlərinin olmadığı regionlarda xidmət göstərəcək.
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən verilən məlumata görə, hərəkət edən xidmət mərkəzi(mikro avtobus) Gəlirlər Xidmətinin xidmət mərkəzlərindəki mövcud texniki vasitələr ilə təchiz olunub.
“Müvafiq olaraq, vergi ödəyicilərinin ,onlar üçün əlverişli vaxtda və məkanda, qəsəbədən çıxmadan ,vaxtındaca xidmətdən yararlana bilmə imkanları var. Şəhərlərə gəlincə, bunlara : Tsaqeri, Aspindza, Oni, Ninotsminda, Xulo və Şuaxevi daxildir”-deyə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin məlumatında qeyd olunub.
Hazırladı-Sevinc Mustafayeva