Gəlirlər Xidməti - Gömrük zabitləri gömrüyə bəyan edilmədən külli miqdarda vəsaitin keçirilməsi faktının qarşısını alıblar
Gəlirlər Xidməti - Gömrük zabitləri gömrüyə bəyan edilmədən külli miqdarda vəsaitin keçirilməsi faktının qarşısını alıblar

 
“Ğazbeqi” gömrük-keçid məntəqəsində külli miqdarda vəsaitin gizlicə keçirilməsi faktının qarşısı alınıb-bu haqda məlumatı Gəlirlər Xidməti yayır.

“Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük zabitləri şübhə əsasında xarici ölkə vətəndaşının idarə etdiyi avtomobilə ətraflı baxış nəticəsində gömrüyə bəyan edilməmiş 40 000 000 rus rublu aşkarlayıblar.

Bəyan edilməmiş məbləğin ümumi miqdarı Milli Bankın məzənnəsinə əsasən, 1 164 000 lari təşkil edib.

Gürcüstanın Gömrük Məcəlləsinin 169-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq qanunu pozan vətəndaş haqqında sanksiya qismində malının tam əlindən alınması müyyən edilib”- Gəlirlər Xidmətinin məlumatında qeyd olunub.