Gəlirlər Xidməti - ağır meteoroloji vəziyyət səbəbi ilə gömrük keçid məntəqələri fövqəladə rejimdə işləyir
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən verilən məlumata görə, Daryal vadisində güclü qar yağması və qar uçqunu təhlükəsi səbəbilə “Ğazbeqi” gömrük-keçid məntəqəsi fövqəladə rejimdə işləyir.
Qurumdan da bildirildiyi üzrə, beynəlxalq daşımaları həyata keçirən şirkət avtomobillərinin sürücülərinin ağır meteoroloji şəraitdən qaçınmaq məqsədi ilə sərhəd-keçid prosedurlarını həyata keçirmək üçün məhz “Sarpi” gömrük-keçid məntəqəsini seçdiyindən “Sarpi” gömrük-keçid məntəqəsi fövqəladə rejimdə tam gücü ilə işləyir.
“Bu məntəqədən keçməklə gündə təxminən 600-ə yaxın yük avtomobili keçirilir. Dekabrın 26-na olan göstəricilərə görə, 24 saat ərzində “Sarpi” gömrük keçid məntəqəsinin zabitləri (Türkiyə Respublikasından gələn) rekord göstəricidə– 750-dən çox yük avtomobilini keçirə biliblər.
Beynəlxalq yük dövriyyəsinin illik göstəricisinin əhəmiyyətli dərəcədə artdığını nəzərə alsaq, Gürcüstanda bütün gömrük-keçid məntəqələri tam gücü ilə fəaliyyət göstərir və beynəlxalq yükləri daşıyan avtomobillərin təhlükəsiz keçirilməsi prosesinin monitorinqi DİN-nin Patrul Polisi Departamenti ilə tam koordinasiyalı şəkildə həyata keçirilir ” -deyə Gəlirlər Xidmətində bildirirlər.
Onların verdiyi məlumata görə, Gəlirlər Xidməti gömrük-keçid məntəqələrindəki vəziyyətlə bağlı mütəmadi olaraq ictimaiyyətə məlumat verəcək.