Gəlir Xidməti axtarış sistemi yaradıb,onun vasitəsi ilə vətəndaş təzminat alanların reyestrində  olub-olmamasını öyrənə bilər
 Gəlir Xidməti axtarış sistemi yaradıb,onun vasitəsi ilə vətəndaş təzminat alanların reyestrində  olub-olmamasını öyrənə bilər

 

 

Maliyyə Nazirliyinin Gəlir  Xidmətinin yeni proqram təminatı (https://www.rs.ge/kompensacia ) istifadəçiyə  təzminat  alanların reyestrini yoxlamaq imkanı verəcək – bu barədə Gəlir Xidmətinin mətbuat xidməti məlumat yayır.

Onların sözlərinə görə, maraqlanan şəxs axtarış sisteminə şəxsi nömrəsini  və təşkilatın identifikasiya kodunu daxil etdikdən sonra, işəgötürənin məlumatları təqdim edib-etməməsini asanlıqla yoxlayacaq.

Doğrulama(yoxlama)  prosesi başa çatdıqdan sonra,   işəgötürən tərəfindən müraciətdə   göstərilən mobil nömrəyə, şəxs,təzminat  alanların reyestrində olub-olmamasına dair qısa  mətn bildirişi şəklində məlumat  alacaq. Qurumdan  izah edildiyi kimi, istifadəçi ,qanunvericilik ilə nəzərdə tutulmuş şəkildə,təzminat  almaq üçün məlumatlarının   Gəlir Xidmətinə təqdim olunmadığını əgər görsə, o zaman  işəgötürənlə əlaqə qura biləcək.

“Xatırlatmaq istərdik ki, işəgötürən şirkətlər , hər ayın  15-i də daxil olmaqla, altı ay ərzində,2020 –ci ilin ilk üçü ayından (yanvar, fevral, mart)  heç olmazsa  birində  maaş almış  və fövqəladə vəziyyət  müddətində  əmək əlaqələri dayandırılan  muzdlu  işçilərin siyahısını təqdim etməlidirlər. İşəgötürənə,     müraciətin təqdim edilmədiyi və ya səhv təqdim edildiyi təqdirdə  dəqiqləşdirmək   və yeni ərizə  təqdim etmək üçün əlavə beş gün vaxt verilir. Müvafiq olaraq, bu müddət  ayın 20-si də daxil olmaqla olacaq.

İşəgötürən şirkətlər tərəfindən təzminat  verilməsi üçün tələb olunan elektron ərizə formasını və doldurma qaydasını aşağıdakı linklərdən tapa bilərsiniz:

https://eservices.rs.ge/ServiceRequestNew.aspx?p=751; https://www.rs.ge/common/get_doc.aspx?id=10898.

Əlavə  məlumat üçün xahiş edirik Gəlir  Xidmətinin  Telefon Məlumat  Mərkəzinə müraciət edin – 2 299 299 və ya elektron ünvana: [email protected]-yə  yazın

Burdaca nəzərinizə çatdırırıq ki, təzminat  alan özünü işlə təmin etmiş şəxslər Səhiyyə Nazirliyinin veb səhifəsinə  daxil olaraq , burdakı  qeydiyyat portalı  (http://compensation.moh.gov.ge/) vasitəsilə 1 iyuldan əvvəl qeydiyyatdan keçəcəklər. Səhiyyə Nazirliyinin qaynar xətt nömrəsi 1505-dir.

Bir tək özünü işlə təmin edən  insanlar portalda qeydiyyatdan keçmək məcburiyyətindədirlər. Muzdlu işçilərin sözü gedən   qeydiyyatdan keçmə  məcburiyyətləri yoxdur “-deyə  Gəlir Xidmətinin məlumatında qeyd olunub

 

Hazırladı-Sevinc Mustafayeva