Gela Babluaninin yeni filmi Festival International du Film de Bruxelles-in qranprisinin sahibidir
Fransada fəaliyyət göstərən gürcü rejissoru, Gela Babluaninin yeni “Money” filmi ilk mükafata layiq görüldü. Film “Festival International du Film de Bruxelles”-in qranprisinin sahibidir. Elə həmin festivalın ikinci prizinə, ən yaxşı rejissor statusuna “Money”-nin yaradıcısı layıq görüldü.
Filmin premyerası Fransanın kinoteatrlarında ötən ay keçirildi. “Money” üç soyğunçunun həyatı haqıındadır.
Filmin ssenari müəllifi Gela Babluaninin özüdür, prodyuserlər isə Yuber Kaylar və Dominik Butonadır.
“Money” filminin çəkilişi Normandiyada başladı və Detroitdə davam etdi.
Rejissora dünya şöhrətini “13” filmi qazandırdı.