Gecə saatlarında Metexi tunelində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Gecə saatlarında Metexi tunelində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Metexi tunelinə bitişik yamacda qaya eroziyasına qarşı işlər planlaşdırılır. Tbilisi meriyasının məlumatına görə, gecə saatlarında Metexi tunelində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

“Təhlükəsizlik məqsədilə yamacda təmizləmə işləri aparılacaq və bu səbəbdən aprelin 11-i və 12-si saat 00:00-dan 06:00-a kimi tuneldə nəqliyyatın hərəkəti iki gecə hər iki istiqamətdə məhdudlaşdırılacaq.

“Tbilisi meriyası yaranmış narahatlığa görə üzr istəyir”, – məlumatda deyilir.