Qazla işləyən cihazlarının satışı ilə bağlı tənzimləmələr 1 dekabr tarixinə qədər təxirə salındı
Qazla işləyən cihazlarının satışı ilə bağlı tənzimləmələr 1 dekabr tarixinə qədər təxirə salındı

 

Qazla işləyən cihazların  satışı ilə bağlı tənzimləmələr yenidən təxirə salındı. Sentyabrın 1-i əvəzinə, qazla işləyən cihazlara dair texniki tənzimləmə 1 dekabr tarixindən etibarən qüvvəyə minəcək .

Nəticə etibarilə, şirkətlər , istilik qazanları, soba və digər  qazla işləyən cihazları heç bir uyğunluq bəyannaməsi olmadan 1 dekabr tarixinə qədər adi qaydada sata biləcəklər.

Xatırlatmaq istərdik ki, Gürcüstan bazarına su qızdırıcıları, qızdırıcı qazanları, qaz sobaları və digər qazla işləyən cihazları çıxaran şirkətlər sənədləri qaydalara uyğun hazırlamalıdırlar. Avadanlıq bu prosedurdan keçərsə, istehsalçı cihazın sağlamlıq və təhlükəsizlik tələblərinə uyğun olaraq dizayn edildiyini, istehsal edildiyini bildirən əlavə uyğunluq bəyannaməsi tərtib etməlidir. Bununla yanaşı, tənzimləmə özəl sektor üçün  yalnız avadanlıqlara uyğunluq bəyannaməsinin tələbini bir tək qurğulara tətbiq etmir.

Tənzimləmə avadanlıq detallarına da aiddir. İlkin olaraq texniki tənzimləmə bu il iyulun 1-də qüvvəyə minməli idi. Lakin, hökumət dəyişiklikləri 1 sentyabr tarixinə qədər təxirə salma qərarı verdi. Bu dəfə başqa bir təxirə salma baş verdi və yenilik dekabrın 1-də qüvvəyə minəcək.

Tənzimləmənin müəyyən müddətə təxirə salınması məhz biznesin tələbi idi. Çünki özəl sektorun nümayəndələri milyonlarla lari dəyəri olan avadanlıqları satın alaraq, anbarlara yığıblar və əgər yenilik  iyulun 1-dən etibarən qüvvəyə minsəidə, onlara maddi ziyan dəyəcəkdi.